Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektə cavabdehlik daşıyan Sadiq Haqverdiyev barəsində qanunauyğun tədbir görülüb və məhkəmənin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
01:12 / 10.12.2021
Müştərilərə qəlyan təklif edən şəxs həbs olundu
Hazırda oxunan: Müştərilərə qəlyan təklif edən şəxs həbs olundu
Hazırda oxunan: Müştərilərə qəlyan təklif edən şəxs həbs olundu
49954
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.