Öldürülən şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb -  Baş Prokurorluqdan AÇIQLAMA

Öldürülən şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb -  Baş Prokurorluqdan AÇIQLAMA

Hazırda oxunan: Öldürülən şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb -  Baş Prokurorluqdan AÇIQLAMA

49915

Sumqayıt şəhər prokurorluğunda Əlixanov Ramin Fərman oğlunun 28.09.2021-ci il tarixdə saat 23 radələrində gözətçi işlədiyi Sumqayıt şəhəri, Novxanı bağları, 2 aprel küçəsi, V massivi, ev 319 ünvanında aralarında yaranmış mübahisə zamanı şəxsiyyəti istintaqla müəyyən olunmayan şəxsi evin həyətindən götürdüyü külünglə qəsdən öldürməsi faktına görə 29.09.2021-ci il tarixdə CInayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə ibtidai istintaq aparılır.

Bizim.Media Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, meyitin xarici müayinəsi zamanı əynində tünd göy rəngli şalvarın olması, boyunun uzunluğu 163 sm, gözlərinin qəhvəyi rəngli olması, 45-60 yaşlarında bədən səthində hər hansı fərqləndirici iz və ya ləkənin olmaması müəyyən edilib.

Həyata keçirilmiş intensiv əməliyyat-axtarış tədbirlərinə baxmayaraq zərərçəkmiş şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Odur ki, fotoşəkildəki şəxsi tanıyanlardan 961, 050-412-02-01 və 018-654-01-54 saylı mobil nömrələr ilə əlaqə saxlaması xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO