Hərbi Prokurorluqda Heydər Əliyevin anım mərasimi keçirildi - FOTO

Hərbi Prokurorluqda Heydər Əliyevin anım mərasimi keçirildi - FOTO

Hazırda oxunan: Hərbi Prokurorluqda Heydər Əliyevin anım mərasimi keçirildi - FOTO

0:00
0:00
49881

Dekabrın 9-da Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda xalqımızın ümummilli lideri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Bu barədə Bizim.Media-ya Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək, dünyaşöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. 

Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, Prezident İlham Əliyevin mükəmməl siyasi strategiyası və gərgin əməyi ilə xalqın əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən yer kürəsini bürüyən koronavirus (COVID-19) pandemiyasına və 44 günlük döyüş əməliyyatlarına rəğmən, dövlətimizin eyni templə hərtərəfli qüdrətlənməsi və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin edilir.

Çıxışının sonunda Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO