Nazirlik Qarabağ qazisinin uşaqlıq arzusunu gerçəkləşdirdi

Nazirlik Qarabağ qazisinin uşaqlıq arzusunu gerçəkləşdirdi<

Hazırda oxunan: Nazirlik Qarabağ qazisinin uşaqlıq arzusunu gerçəkləşdirdi<

4988

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları müharibədə yaralanan Elçin Sultanovu evində ziyarət edib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Məlumata görə, atası Elçinin uşaqlıq arzusunun öz foto xidmətini yaratmaq olduğunu bildirib.

E.Sultanov cəbhəyə getməzdən əvvəl də fotoqraf işləyib. Lakin özünün foto xidmətini qurmaq üçün avadanlıqlar almağa imkanı olmayıb.

Nazirliyin əməkdaşları Elçinlə görüşüb, ailəsinin sosial vəziyyəti ilə tanış olublar. İstəyinə uyğun olaraq o, foto xidmətini yaratmaq üçün qısa bir müddətdə, növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib.

Elçinə lazımi avadanlıqlar (fotoaparat, rəngli fotoprinter, kompüter, ştativ, fotolampa və s. aksesuarları) evində təqdim edilib. Beləliklə, qazimiz uşaqlıq arzusunu indi gerçəkləşdirə biləcək.

Elçinin valideynləri və qardaşı da işləyir. Nazirlik yaxın günlərdə Elçinin əlilliyinin qiymətləndirilməsini də aparacaq. Əlillik dərəcəsi təyin edildikdə, o, hər ay təqaüd və müavinət alacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO