DİN oyuncaq silah gəzdirən şəxslərə xəbərdarlıq etdi

DİN oyuncaq silah gəzdirən şəxslərə xəbərdarlıq etdi

Hazırda oxunan: DİN oyuncaq silah gəzdirən şəxslərə xəbərdarlıq etdi

49812

"Sosial şəbəkələrdə, elan saytlarında oyuncaq silah satışı var. Əksəriyyəti isə dəmir konstruksiyalıdır".

Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Facebook” hesabında yazıb.

O bildirib ki, oyuncaq silah əşyaları ilə bağlı hansısa qadağa yoxdur:

"Ancaq bu oyuncaq əşyanı alıb onu ictimai yerlərdə, beldə, avtomobilin görünən yerində gəzdirilməsi və saxlanılması ilə bağlı polis orqanlarına vətəndaşlardan məlumatlar daxil olur. Yoxlayırıq, araşdırırıq, müəyyən edib dəvət edirik - cavab verir ki, "oyuncaqdır, elə-belə gəzdirirəm....". Bu, "elə-belə" gəzdirmə əməlinin adı nədir? Cavab verməkdə aciz qalır. Təbii ki, bu, bizə məlumdur, onu niyə və səbəbə gəzdirir. Bu özünü göstərməkdir? Bu özünü güclü təqdim etməkdir? Bu kiminsə diqqətini çəkməkdir?

"Həmin şəxslərin diqqətinə çatdırın - bu, hansısa ictimai təhlükəli əmələ rəvac verə, yaxud kiminsə qorxmasına, həyacanlanmasına, stress keçirməsinə səbəb ola bilər", - şöbə rəisi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO