“2017-ci ildən hazıradək əvvəlki illərdə tibb müəssisəsində və ya ev şəraitində doğulmuş, lakin doğumu dövlət qeydiyyatından kənarda qalmış 9 335 uşaq müəyyən edilib”.
Bizim.Media xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.
O bildirib ki, 2017-ci ildən etibarən əməkdaşlarımız bölgələrə ezam olunaraq kənd-kənd, qəsəbə-qəsəbə gəzərək doğumun qeydiyyatının əhəmiyyəti və məcburiliyi barədə əhali arasında maarifləndirmə işi aparırlar, doğumu qeydə alınmayan uşaqları aşkar edərək onların doğumunun dövlət qeydiyyatına alınmasına hüquqi yardım göstərirlər.
“Bu tədbirlər nəticəsində 8 875-nin doğumu qeydə alınıb, zəruri sənədləri olmayan digərlərinin valideyninə isə məhkəməyə doğum faktının müəyyən edilməsi ilə bağlı müraciət etməsinə köməklik göstərilib. Bir məqamı da qeyd etsəm yəqin maraqlı olar ki, doğumu qeydə alınmamış uşaqlara daha çox rast gəlinən inzibati ərazi vahidləri arasında ilk üçlükdə Ağdaş, Beyləqan və Hacıqabul rayonları yer alır”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:47 / 08.12.2021
Qeydiyyatdan kənarda qalan uşaqların sayı AÇIQLANDI - Ev şəraitində doğulanlar
Hazırda oxunan: Qeydiyyatdan kənarda qalan uşaqların sayı AÇIQLANDI - Ev şəraitində doğulanlar
Hazırda oxunan: Qeydiyyatdan kənarda qalan uşaqların sayı AÇIQLANDI - Ev şəraitində doğulanlar
49712
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.