Şəkildəki sprinkler insanları, yolu, avtobusları suya qərq edir.
Bakının ən sıx gediş-gəliş olan ərazisində səhər saatlarından hər gün bu problem yaşanır. Su şırnaqlarından ətrafa sıçrayan su “Koroğlu” metrostansiyası ilə üzbəüz avtobusların dayancağına gedən yolda piyadalar üçün hər dəfə maneə yaradır. Çəmənliyi sulamaq üçün quraşdırılan sprinkler nədənsə hər səhər “üzünü” insanlara tutub onları “soyuq duşa” qonaq edir.
Sərnişinlər dəfələrlə bununla bağlı müraciət etsələr də nasazlıq aradan qaldırılmayıb.
Əraziyə cavbdeh şəxslərin isə həmin vaxt tapılması qeyri-mümkündür. “Koroğlu”nu suya basan bu cavadeh şəxs, deyirik bəlkə Giziroğlu Mustafa bəyin qohumudur?
Bizim.Media olaraq faktı səlahiyyət sahiblərinin diqqətinə çatdırırıq. Bəlkə Mustafa bəyin qohumuna bu ismarıcı yetirsinlər ki, daha bəsdir, lazım deyil. Qış vaxtıdır, COVİD-19 da ki bir tərəfdən nəfəsimizi kəsir.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:41 / 11.12.2020
“Koroğlu”nu suya basdı… - FOTO
Hazırda oxunan: “Koroğlu”nu suya basdı… - FOTO
Hazırda oxunan: “Koroğlu”nu suya basdı… - FOTO
4970
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.