Ulu Öndər Heydər Əliyevin 18-ci anım günü ilə bağlı hazırlıq işlərinə başlanılıb

Ulu Öndər Heydər Əliyevin 18-ci anım günü ilə bağlı hazırlıq işlərinə başlanılıb

Hazırda oxunan: Ulu Öndər Heydər Əliyevin 18-ci anım günü ilə bağlı hazırlıq işlərinə başlanılıb

0:00
0:00
49697

Dekabrın 12-si üçn ümummilli lider Heydər Əliyevin 18-ci anım günü ilə bağlı artıq hazırlıq işlərinə başlanılıb.  

Bizim.Media-nın müşahidələrinə əsasən bildirək ki, artıq Fəxri Xiyabanda da bu məqsədlə abadlıq işlərinə start verilib. 
 

Əldə etdiyimiz məlumata görə, mərasim bəzi televiziyalarda hər il olduğu kimi birbaşa yayımlanacaq və kanallarda da hazırlıq işləri aparılır. Verilən məlumata görə, dekabrın 12-də ziyarətçilər Fəxri Xiyabana karantin qaydalarına uyğun olaraq növbə ilə buraxılacaqlar.


Bizim.Media mərasimin təşkilatçılıq işləri ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyəti ilə əlaqə yaratdıq. Qurumdan Bizim.Media-ya bidiriblər ki, hələ bu barədə heç bir rəsmi məlumat yoxdur.

Onların sözlərinə görə, bu barədə qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə Bizim.Media-ya açıqlamasında bildirib ki, anım mərasimi ilə bağlı rəsmi qərar verilən kimi ictimaiyyətə açıqlanacaq.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO