Şagirdlərin iştirakı ilə dini klip hansı məktəbdə ÇƏKİLİB? 

Hazırda oxunan: Şagirdlərin iştirakı ilə dini klip hansı məktəbdə ÇƏKİLİB? 

0:00
0:00
49680

İbtidai sinif şagirdlərinin iştirakı ilə “din” təbliğatı altında çəkilən klip ölkə gündəmini zəbt edib. Klipdə şagirdlərin Təhsil Nazirliyinin məktəblilər üçün müəyyən etdiyi geyimdə olması və 12 İmama həsr olunan mahnıda rol alması əks olunub. 

Maraqlıdır, sözügedən klip niyə məhz  məktəbdə və sinif otağında çəkilib? 

Bizim.Media-ya  açıqlama verən Peyman Boradigahi bildirib ki, çəkiliş orta məktəbdə baş tutmayıb:
 

MÖVZU İLƏ BAĞLI:

İbtidai sinifdə “din” təbliğatı – Uşaqlarımızı kim öz oyunlarına alət etmək istəyir? - VİDEO


“Heç bir məktəb icazə vermədi ki, belə bir şey çəkək. Yaşadığım ev tərəfdə bir yer tutmuşuq. Oranı sinif halına gətirdik və kurslardan bəzi ləvazimatları götürdük. Özümüz uşaqları məktəb formasında geyindirdik ki, maraqlı olsun”.

Müğənni “bəs, klipin sonunda təşəkkür etdiyiniz Kəmalə müəllimə kimdir”- sualına müğənni cavab verməkdə aciz qalıb. O, adı qeyd olunan pedaqoqun oğlunun ibtidai sinif müəllimi olduğunu təsdiqləyib. 

Görünən odur ki, klip təşkilatçıları aşağı siniflərin bu cür təbliğatlarda iştirakının qanunazidd olduğunu bilə-bilə məqsədli addım atıblar. 
 

Qeyd edək ki, Təhsil Nazirliyi məlum məsələni nəzarətə götürüb və araşdırmalara başlayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə isə rəsmi sorğu ilə müraciət etmişik. 


Mövzunu diqqətdə saxlayacağıq.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO