Təhsil Nazirliyi məktəblərdə “din” təbliğatı ilə bağlı çəkilən görüntünü NƏZARƏTƏ GÖTÜRDÜ - VİDEO

Təhsil Nazirliyi məktəblərdə “din” təbliğatı ilə bağlı çəkilən görüntünü NƏZARƏTƏ GÖTÜRDÜ - VİDEO

Hazırda oxunan: Təhsil Nazirliyi məktəblərdə “din” təbliğatı ilə bağlı çəkilən görüntünü NƏZARƏTƏ GÖTÜRDÜ - VİDEO

49615

İbtidai sinifdə “din” təbliğatı ilə bağlı yazı dərc etmişdik. Yazıda özünü ilahiyyatçı kimi təqdim edən Seyid Peyman Boradigahi adlı şəxsin 3 gün öncə “Facebook” hesabından paylaşdığı videogörüntünü yerləşdirmişik. Görüntülərdə ibtidai sinif otağında şagirdlərin iştirakı ilə dini təbliğatın aparıldığı əks olunub. 

Videonun açıqlama hissəsində isə Seyyid Taleh Boradigahi adlı şəxsin  adı “tag” edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

İbtidai sinifdə “din” təbliğatı – Uşaqlarımızı kim öz oyunlarına alət etmək istəyir? - VİDEO


Qeyd edək ki, video ictimaiyyətdə rezonans doğurub. İzlənilən görüntülərlə bağlı sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid dolu şərhlər yağdırılıb. 

Sözügedən yazımızdan sonra Təhsil Nazirliyi hərəkətə keçib.

Məsələ ilə bağlı qurumun mətbuat katibi Cəsarət Valehov Bizim.Media-ya açıqlamasında məsələnin Təhsil Nazirliyinin diqqətində olduğunu və bununla bağlı araşdırma aparıldığını bildirib. 

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO