Hirkan meşələri UNESCO-nun irs siyahısına daxil edilir

Hirkan meşələri UNESCO-nun irs siyahısına daxil edilir

Hazırda oxunan: Hirkan meşələri UNESCO-nun irs siyahısına daxil edilir

49636

Hirkan meşələri gələn il UNESCO-nun irs siyahısına daxil olacaq.

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biomüxtəlifliyin Mühafizəsi Departamentinin direktor müavini Rəşad Allahverdiyev “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdərəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi üzrə ilkin milli seminarda deyib.

Onun sözlərinə görə, Hirkan milli parkı unikal ərazidir: "2022-ci ilin iyun ayında Hirkan meşələri artıq UNESCO-nun irs siyahısında olacaq. Milli parkın UNESCO çərçivəsində müəyyən fəaliyyətlərin aparılması qarşımıza hədəf kimi qoymuşuq. Parkda müəyyən infrastrukturun inkişafına ehtiyac var".

Xatırladaq ki, Hirkan meşələri Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edir. Orada onlar Azərbaycanın cənub-qərbindən şimala qədər və uzunluq dairəsindən səkkiz xətdən yuxarı şərqə İranın Gülüstan əyalətinə doğru uzanan ensiz əyilmiş meşə regionunu formalaşdırır.

Qazıntı halında tapılmış qalıqlar sübut edir ki, Hirkan meşələri 23 və 5,3 milyon il əvvəl Miosen geoloji erasında şimal yarımkürəsinin hər yerində geniş yayılmış meşə birlikləri nəslindəndir, lakin onun sərhədləri Pleistosendə baş vermiş iqlim dəyişikliyi zamanı əhəmiyyətli dərəcədə azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO