Sumqayıt məscidində ibadət bölgüsü

Sumqayıt məscidində ibadət bölgüsü

Hazırda oxunan: Sumqayıt məscidində ibadət bölgüsü

49428

Son vaxtlar şiə-vəhabi qarşıdurması fonunda ölkədə yaşanan gərginliklərin sayı artmaqdadır. Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, Sumqayıtda şiə və vəhabi təriqətinə mənsub şəxslər bu müstəvidə hər hansı bir qarşıdurmanın baş verməməsi üçün Sumqayıt məscidində növbəli şəkildə ibadət etmək haqqında razılığa gəliblər. Belə ki, bundan sonra məsciddə hər iki təriqətə məxsus şəxslər qısa zaman fərqi ilə ayrı-ayrı vaxtlarda ibadət edəcək ki, bu da onların qarşı-qarşıya gəlmə ehtimalını aradan qaldıracaq. 

Tərəflər arasında əldə edilən bu razılıq şəhərin inanclı insanları tərəfindən müsbət qarşılansa da, insanların bir çoxu hər ehtimala qarşı təhlükəsizlik məqsədi ilə məscidlərə nəzarətin artırılmasının məqsədəuyğun ola biləcəyi qənaətindədirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO