Paytaxtdakı tıxacın baiskarlarını siz də tanıyın...- VİDEO

Paytaxtdakı tıxacın baiskarlarını siz də tanıyın...- VİDEO

Hazırda oxunan: Paytaxtdakı tıxacın baiskarlarını siz də tanıyın...- VİDEO

49405

Son zamanlar paytaxt əhalisinin ciddi narahatçılığına səbəb olan tıxac problemini hökumətin aradan qaldırma cəhdlərinin nəzərəçarpacaq səviyyədə olmamsı azmış kimi məmur özbaşınalığı da məsələnin qəlizləşməsində az rol oynamır.Təbii ki, paytaxtda əhali sıxlığı müşahidə olunur və tıxacların yarnamasında təbii amillər, yəni əhalinin və avtomobillərin sayının artması həlledici rol oynayır. Amma müşahidələr göstərir ki, bəzən sırf məmur özbaşınalığı minlərlə, on minlərlə sakinin əsəblərinin tarıma çəkilməsinə, evə və işə gecikməsinə səbəb olur.

Moderator.az Ramazan ayının başlanması münasibətilə xeyli sayda vətəndaşımızın yayın bu nəfəskəsən istisində oruc tutmasını da nəzərə alaraq insanları bezdirən tıxaclara rəvac verən DYP və Nəqliyyat Departamenti işçilərini ictimai qınaq hədəfinə çevirmək üçün oxuculara 20 yanvar dairəsində axşam saatlarında videolentə  köçürülmüş bir acınacaqlı mənzərəni təqdim edir.

Avtobus dayanacaqlarını zəbt etmiş onlarla taksi sürücüsü Moderator.az-ın əməkdaşına etiraf edib ki, onlar yuxarıda adı çəkilən hər iki qurumun nümayəndələrinə gündəlik 1 manat haqq ödəyirlər, yoxsa bir dəqiqə da onları həmin yerdə dayanıb müştəri gözləməyə qoymazlar.Bu azmış kimi videoya baxanda yolun hərəkət istiqamətində iki sıra dayanmış Sumqayıta sərnişin daşıyan "Ford" mikroavtobusların da demək olar ki, hərəkəti xaos vəziyyətinə saldığı aydın görünür. Həmin maşınların sürücüləri isə gün ərzində hər bir qurum nümayəndəsinə 5 manat olmaqla haqq ödədiklərini and-aman edir. Beləliklə, bəlli olur ki, birilərinin 5 manat rüşvəti hesabına 10 minlərlə sakin əzab-əziyyət çəkməyə məhkumdur. Görəsən, bu xaosu da aradan qaldırmaq üçünmü prezidentin məxsusi müşavirə keçirməsinə ehtiyac var? Axı bunu etmək necə deyərlər, iki vur ikidir...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO