Ölkəmizə idxal edilən bibər məhsullarında qonur qırışıqlıq virusu aşkar edilib.
Bu barədə Bizim.Media-ya Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il 30 noyabr tarixində “Best Supply Company” MMC, 2021-ci il 3 dekabr tarixində isə “Amotrade” MMC və “Bazarstore” MMC tərəfindən Türkiyə Respublikasından ölkəmizə idxal edilən bibər məhsulu partiyalarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib və məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.
Müayinələr nəticəsində ümumilikdə 5 nümunədə qonur qırışıqlıq virusu aşkar edilib.
Faktla bağlı respublika ərazisinə idxal edilən təzə bibər məhsulunun bütün partiyalarının qonur qırışıqlıq virusuna görə laborator müayinələrə cəlb edilməsi qərara alınıb.
Həmçinin yüksək risk səviyyəsi nəzərə alınmaqla, virus xəstəliyi aşkar ediləcəyi təqdirdə, qanunvericiliyin tələblərinə uyğun olaraq, məhsul ixracatçı ölkəyə geri qaytarılacaq və ya fitosanitar və ekoloji təhlükəsizlik qaydaları əsasında məhv ediləcək.
Qeyd edək ki, qonur qırışıqlıq virusu hazırda Türkiyə də daxil olmaqla, dünyanın bir çox ölkələrində, o cümlədən Almaniya, İspaniya, Niderland və Belçikada yayılmaqdadır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:08 / 06.12.2021
Türkiyədən gətirilən bibər məhsullarında virus aşkarlandı
Hazırda oxunan: Türkiyədən gətirilən bibər məhsullarında virus aşkarlandı
Hazırda oxunan: Türkiyədən gətirilən bibər məhsullarında virus aşkarlandı
0:00
0:00
49336
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.