Gəncədə məktəblilərin öldüyü qəzanın DETALLARI – FOTO

Gəncədə məktəblilərin öldüyü qəzanın DETALLARI – FOTO

Hazırda oxunan: Gəncədə məktəblilərin öldüyü qəzanın DETALLARI – FOTO

49302

Ötən gün Gəncə şəhərində 16 yaşlı oğlanın törətdiyi, özünün və yolun kənarı ilə gedən 13 yaşlı qızın həlak olması ilə nəticələnən dəhşətli yol qəzası böyük müzakirələrə səbəb olub. Aşkar edilib ki, orta məktəbin 10-cu sinfində oxuyan Nüman Əlizadə atasına məxsus “Mercedes E-Class” markalı avtomobili icazəsiz götürüb və sürücülük vəsiqəsi olmadan idarə edib. 

Bizim.Media xəbər verir ki, şahidlərin sözlərinə görə, qəzaya düşən avtomobildən çox yüksəs tonda musiqi səsi gəlirmiş.

MÖVZU İLƏ BAĞLI:

Gəncədə ağır qəza - 2 ÖLÜ - FOTO


Nüman Əlizadə musiqi sədaları altında avtomobilli şəhərin mərkəzində sürətlə sürərək təhlükəli manevrlər edirmiş. Həmin vaxt salonda onun dostları da olub.

Xatırladaq ki, qəza zamanı sürücü, 2005-ci il təvəllüdlü Nüman Əlizadə, piyada, 2008-ci il təvəllüdlü Nazlı İbrahimova ölüb. Hadisə zamanı 2003-cü il təvəllüdlü Cavid Kazımov, 2004-cü il təvəllüdlü Elcan Əliyev və onun həmyaşıdı İlkin Bayramov xəsarət alıblar.

Qeyd edək ki, Nümanın atası Namiq Əliyev Gəncə Dövlət Universitetində işləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO