BMT nümayəndəsi Abşeronda veloyürüşə qoşuldu - FOTO

BMT nümayəndəsi Abşeronda veloyürüşə qoşuldu - FOTO

Hazırda oxunan: BMT nümayəndəsi Abşeronda veloyürüşə qoşuldu - FOTO

49136

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Abşeron Milli Parkında keçirilən aksiyaya qoşulub. 

Bizim.Media xəbər verir ki, bu barədə Vladanka Andreyeva özünün tviterdəki səhifəsində bildirib. 

O, qeyd edib ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə, həmkarlar və tərəfdaşlarla birlikdə Abşeron Milli Parkında “MobilityAction”ın (hərəkətlilik fəaliyyəti) təşviqində iştirak edib. 

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Abşeron Milli Parkında 2021-ci il “Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun (“Yaşıl Marafon”) yekun ağacəkmə aksiyası və BMT İnkişaf Proqramının EU4Climate layihəsi çərçivəsində veloyürüş kecirilib. 

Abşeron Milli parkında keçirilən ekoloji tədbir cari ilin noyabr ayında Qlazqoda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasında atmosferdə istixana qazı tullantılarının azaldılmasına dair qarşıya qoyulan hədəflər üzrə qlobal səylərə dəstək xarakteri daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO