Hələ də bir dövlət qurumu digər dövlət qurumunun elektron sənədini tanımır

Hələ də bir dövlət qurumu digər dövlət qurumunun elektron sənədini tanımır

Hazırda oxunan: Hələ də bir dövlət qurumu digər dövlət qurumunun elektron sənədini tanımır

49102

“Bu gün Balakən ASAN-da elə bir situasiya ilə rastlaşdım ki, yumşaq desəm, biabırçılıqdır. Notariusla bağlı məsələləri heç bir problem olmadan, son zamanlar hazırlanan ən faydalı rəqəmsal həll ilə,  Mobil Notariat vasitəsilə aldığım  etibarnamə əsasında  həll etdim və zəruri xidmətləri problemsiz aldım”.

Bizim.Media xəbər verir ki, bunu  Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz özünün Facebook səhifəsində yazıb.

“Növbəti xidməti almaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri Xidmətinə yaxınlaşdım.

Bildirdilər ki, Mobil Notariat sistemini görə bilmirlər və bu səbəbdən də elektron etibarnamə onlar üçün məqbul deyil. İsrar etdim, mümkün olmadı. Sistemləri inteqrasiya olunmadığından dövlət qurumları bir birinin elektron sənədlərini tanımırlar. Açdım öz telefonumdakı Mobil Notariat sistemini, elektron etibarnaməni göstərdim, Reyestr Xidməti qəbul edə bilməyəcəyini bildirdi.

Kağız formada istədi.  Əvvəl ümumiyyətlə sadəcə kağız formada deyil, yenidən notarial təsdiqlə kağız formada tələb olunduğunu bildirdi. Təəssüf ki, nə ASAN, nə də Reyestr Xidmətində elektron sənədin kağız formada çapını reallaşdıra bilmədilər. Belə imkan olmadığını bildirdilər.

Belə olduqda, Reyestr Xidməti Mobil Notariat sistemin özündən  kağız formada çıxarışı qəbul edə biləcəyini qeyd etdi.

Lakin məlum oldu ki, mövcud qaydalara görə mən Mobil Notariat sistemindəki elektron sənədi kağız formaya çap etdikdə onu yenidən notarial qaydada təsdiqlətməliyəm!

Hansı ki, artıq bir dəfə ödəniş edilib və elektron qaydada etibarnamə alınıb.

Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin rəqəmsallaşma səviyyəsi yetərli olmadığından, Elektron Hökumətin İnkişafı Mərkəzi inteqrasiyanı başa çatdıra bilmədiyindən belə bir anormal vəziyyət var.

Beləliklə, nəticə: mən xidməti almaq üçün Mobil Notariat sistemindəki elektron etibarnaməni kağız formada  çap etdirdim, yenidən Notariusda notarial qaydada təsdiq elətdirdim, yenidən kitaba saldırıb imzaladım və həmin kağızı Reyest Xidmətinə təqdim etməklə xidməti əldə edə bildim. Buyurun, Elektron Hökumətin İnkişafı Mərkəzi, hörmətli Fariz müəllim! Bu da elektron hökumətin inkişaf vəziyyəti, inteqrasiyanın vəziyyəti. Ümid edirəm nəzərə alacaqsınız”, deyə o, qeyd edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO