Qadınlardan taksi sürücüləri ilə bağlı çoxsaylı şikayətlər daxil olur - DİN açıqladı

Qadınlardan taksi sürücüləri ilə bağlı çoxsaylı şikayətlər daxil olur - DİN açıqladı

Hazırda oxunan: Qadınlardan taksi sürücüləri ilə bağlı çoxsaylı şikayətlər daxil olur - DİN açıqladı

49021

Son günlər sosial şəbəkələrdə paytaxtda bəzi taksi sürücülərinin xanım sərnişinlərinə müxtəlif məzmunlu, eləcə də əxlaqsız təkliflər etdikləri əks olunan videogörüntülər paylaşılır. 

Həmin xanımlar üzləşdikləri belə hallarla bağlı polisə şikayət ediblərmi?
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda xanım müştəriyə “çay içmək” təklif edən sürücü SAXLANILDI - VİDEO 


Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov mediaya açıqlamasında bildirib ki, qeyd edilən görüntülər ictimailəşdikdən sonra DİN-in 102 zəng mərkəzinə, polis orqanlarına, eləcə də DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə xanım vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər, müraciətlər daxil olmaqdadır. 

“Müraciətlərin hər biri qeydiyyata alınaraq barələrində müvafiq araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”, - deyə DİN rəsmisi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO