Gəncədə küçələrin işıqlandırılmasına başlanıldı - FOTO

Gəncədə küçələrin işıqlandırılmasına başlanıldı - FOTO

Hazırda oxunan: Gəncədə küçələrin işıqlandırılmasına başlanıldı - FOTO

0:00
0:00
48903

Gəncə şəhərində küçə işıqlandırılması layihəsinin birinci mərhələsi yekunlaşmaq üzrədir. Artıq işıq dirəkləri üçün quyuların qazılması işləri yekunlaşdırılıb. 

Bu barədə məlumatı Bizim.Media-nın Qərb bürosuna Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mətbuat katibi Vüsal Balayev verib. 

Onun sözlərinə görə layihənin ilk mərhələsində Gəncədə 245 kilometr küçə işıqlandırılması nəzərdə tutulub. Bu isə öz növbəsində orta hesabla 8 000 işıq dayağı deməkdir:

“İşlərin görülməsi layihə üzrə 3 mərhələdən ibarətdir. A, B və C kateqoriyaları. Birinci mərhələdə qazıntılar artıq tamamlanır. İkinci mərhələdə dayaqların və işıqların quraşdırılmasına başlanacaq. Üçüncü mərhələdə isə tamamlanma işləri görüləcək, yəni işıqların kabellərə qoşulması və başqa xırda işlərlə yekunlaşdırılacaq”, - deyə V. Balayev əlavə edib.

Mətbuat katibi bildirib ki, bu layihənin həyata keçirilməsi nəticəsində Gəncə şəhərinin 400-dən artıq küçəsi Filips şirkətinin müasir plafonları və və led lampaları ilə işıqlandırılacaq.

Xatırladaq ki, bu layihənin sifarişçi təşkilatı Bakı Abadlıq Xidmətidir, yerli nəzarət orqanı isə Gəncə Şəhər İcra Hakimiyyətidir, maliyyə dəstəyi dövlət tərəfindən təmin olunur.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO