Qaydaları pozan koronavirus xəstələri aşkarlandı - FOTO

Qaydaları pozan koronavirus xəstələri aşkarlandı - FOTO

Hazırda oxunan: Qaydaları pozan koronavirus xəstələri aşkarlandı - FOTO

48814

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsini aşkarlayıblar.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Ramil Əliyevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib.

Onun qanunazidd hərəkətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılması təmin edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qaydaları pozan 19 sürücü cərimələndi


Həmin şəxs barəsində RPŞ-də araşdırmalar aparılır.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkar edilib.

Belə ki, rayon sakini İ.Ağazadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO