Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəciməddin Sadıqov hərbi parad zamanı iştirakçılar arasında gözə dəymədi. Xatırladaq ki, generalın xeyli zamandır ətrafında müxtəlif söhbətlər dolaşır.
44 günlük müharibə vaxtı gah səlahiyyətlərinin alındığı, gah da həbs olunması barədə də söhbətlər dolaşırdı.
Bizim.Media-nın müşahidələrinə görə, Baş Qərargah rəsinin adı və fotosu Müdafiə Nazirliyinin rəsmi saytından da çıxarılıb.
Məsələyə I Qarabağ Müharibəsi qazisi Rey Kərimoğlu öz münasibətini belə bildirib:
“Deyilənlərdə həqiqət var. Məndə olan məlumata görə, Nəciməddin Sadıqov məxfi əmrlə vəzifədən uzaqlaşdırılıb. Hətta onun vəzifədən azad olunması hərbi hissələrə də elan edilib. Azərbaycan Ordusunda korrupsiya və rüşvətxorluğun başında Nəcməddin Sadıqov dururdu."
"Belə adamın vəzifədən çoxdan getməsi lazım idi”.
MÖVZU İLƏ BAĞLI:
General Rövşən Əkbərov ordudan getdiyini təsdiqlədi
Xatırladaq ki, Müdafiə Nazirliyində həyata keçirilən kadr islahatları ilə bağlı digər məlumatlar da mətbuatda verilmişdi. Ordu korpusu komandiri, general-leytenant Rövşən Əkbərovun da tutduğu vəzifədən uzaqlaşdırılması haqda informasiya yayılmışdı.
General özü də bu xəbəri təsdiq edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:21 / 10.12.2020
Nəciməddin Sadıqov Zəfər Paradında görünmədi - SƏBƏB
Hazırda oxunan: Nəciməddin Sadıqov Zəfər Paradında görünmədi - SƏBƏB
Hazırda oxunan: Nəciməddin Sadıqov Zəfər Paradında görünmədi - SƏBƏB
4877
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.