Təhsil şöbəsinin müdiri yanan məktəbdən DANIŞDI:

Təhsil şöbəsinin müdiri yanan məktəbdən DANIŞDI: "Bina bir andaca yanıb"

Hazırda oxunan: Təhsil şöbəsinin müdiri yanan məktəbdən DANIŞDI: "Bina bir andaca yanıb"

48764

Quba rayon təhsil şöbəsinin müdiri Rüfət Hacıyev Zıxır məktəbinin yanmasına münasibət bildirib.

O, Bizim.Media-ya açıqlamasında yanğın zamanı məktəbin gözətçisi orda olduğunu deyib:

“Gözətçi görüb ki, məktəbin damı yanır. Tez qaçıb evə ki, rayon təşkilatlarına zəng eləsin. Və artıq gec olub. Bina bir andaca tamamilə yanıb”.

Rüfət Hacıyev bildirir ki, yanğından sonra özü Zıxır kəndinə gedib və yanan məktəbə baş çəkib. İlkin versiya kimi, təhsil ocağının qısa qapanmadan yandığı bildirilir. Həmin vaxt kənddə küləkli hava da müşahidə edilib. Hadisənin səbəbləri araşdırılır.

Artıq şagirdlər köhnə məktəbə yerləşdirilib. Qarşıdakı həftədə Zıxır kəndində yeni modul tipli məktəbin inşasına başlanılacaq.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO