Qubada tanışını təpiklə öldürən şəxs həbs edildi – Prokurorluqdan AÇIQLAMA

Qubada tanışını təpiklə öldürən şəxs həbs edildi – Prokurorluqdan AÇIQLAMA

Hazırda oxunan: Qubada tanışını təpiklə öldürən şəxs həbs edildi – Prokurorluqdan AÇIQLAMA

48665

30 avqust 2021-ci il tarixdə Quba rayonu, Gültəpə kənd sakini, 1966-cı il təvəllüdlü Zeydulla Əzizovun almış oldığı xəsarətlər nəticəsində Qusar rayon mərkəzi xəstəxanasında ölməsi faktı ilə bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Quba rayon prokurorluğu yayıb.

İstintaqla müəyyən edilib ki, 23.08.2021-ci il tarixdə saat 1 radələrində Gültəpə kəndi ərazisində 1993-cü təvəllüdlü Şöhrət Mursəliyev tanışı Zeydulla Əzizov ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə xəsarətlər yetirib, nəticədə Z.Əziziov avqusun 30-da almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Toplanmış kifayət qədər sübutlar əsasında Şöhrət Mursəliyevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyatı üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO