Elnarədən ərini tənqid edən jurnalistə SƏRT SÖZLƏR: “Şəhidə

Elnarədən ərini tənqid edən jurnalistə SƏRT SÖZLƏR: “Şəhidə "gey" deyən sən deyildin?”

Hazırda oxunan: Elnarədən ərini tənqid edən jurnalistə SƏRT SÖZLƏR: “Şəhidə "gey" deyən sən deyildin?”

48658

Müğənni Elnarədən ərinə DƏSTƏK: “Ay like dalınca qaçan zurnalist”

Ötən gün Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində DSX-nin rəisi Elçin Quliyevdən açıqlama almaq istəyən jurnalist Tural Museyibovu itələyib, bu prosesi çəkən operatora isə yumruq atıb.

Bizim.Media xəbər verir ki, Rövşən Cahangirovun həyat yoldaşı, müğənni Elnarə Xəlilova bu barədə açıqlama verərək, jurnalisti sərt tənqid edib.

"Arvadını da tanımıram kimsənin, soruşum mənim ərim müharibədə olanda sən harda idin? Sən kimsən? Nəçisən? Həmkarsan? Yoxsa karsan? Ay yersiz, axı sənə yerini göstərdilər, dedilər gözlə hamı kimi. Hamı üçün ayrılmış yer və vaxt var. Yoxsa, elə bilirsən Mirşahinsən? Mirşahinin heç "m" hərfi də ola bilməzsən. İti qovan kimi qovdular səni nazirlikdən. Ay like dalınca qaçan zurnalist. Əgər sənə zor tətbiq edilsəydi, bunu çalışdığın kanal yayımlayardı. Əzik kimi fb səhifəndə paylaşmazdın. Kim də bilməsə, biz yaxşı bilirik operatorların o fəndlərini. Heç olmasa, Şəhidə hörmət qoyardın, ay fərsiz. Mən nədən danışıram axı? Şəhidə hörmət? Vətən müharibəsində Şəhidə "gey" deyən sən deyildin? Səni hamıdan çox müdafiə edən də mən. İndi sən guya bizi tanımırsan. Ar olsun sənin kimi zurnalistlərə. Vətənin üz qarasısınız siz. Atdığınız bütün şər və böhtana görə cavab verəcəksiniz".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO