Ali Baş Komandan: \'\'Ancaq irəli gedəcəyik\'\'

Ali Baş Komandan: \'\'Ancaq irəli gedəcəyik\'\'

Hazırda oxunan: Ali Baş Komandan: \'\'Ancaq irəli gedəcəyik\'\'

4857

“Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, “Zəfər paradı”dır”.

Bizim.Media-nınxəbərinə görə, bunu Bakının Azadlıq Meydanında  keçirilən Zəfər paradında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

“Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyinə qaldırılmış bayraq gətiriləcəkdir. Demişdim ki, gün gələcək və bu gün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcəkdir. Bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.

Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Öz çıxışımı məşhur kəlamla yekunlaşdırmaq istərdim. Hər kəs bilir ki, Ermənistan rəhbərliyi bir il əvvəl demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən isə demişdim ki, Qarabağ Azərbaycandır!

Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Türkiyə-Azərbaycan dostluğu-qardaşlığı! Yaşasın Azərbaycan əsgəri!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO