Şəhid kapitanın övladlarının atalarının cənazəsi üstündəki fəryadı - GÜNÜN FOTOSU

Şəhid kapitanın övladlarının atalarının cənazəsi üstündəki fəryadı - GÜNÜN FOTOSU

Hazırda oxunan: Şəhid kapitanın övladlarının atalarının cənazəsi üstündəki fəryadı - GÜNÜN FOTOSU

48561

Xızı rayonu ərazisində “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlarla “Sərhədçi” İdman Kompleksində keçirilən vida mərasimi kədərli anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, kapitan Teymur Qaraisayevin iki azyaşlı övladı vida mərasimində şəhid kapitanı son mənzilə yola salmağa gəliblər.
 

MÖVZU İLƏ BAĞLI:

Helikopter qəzasında həlak olan hərbçilərlə vida mərasimindən FOTOLAR


Şəhid övladları atalarının fotosu qarşısında göz yaşları töküblər.

Qeyd edək ki, həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunacaq.

Xatırladıq ki, kapitan, 1983-cü il təvəllüdlü Teymur Ənvər oğlu Qaraisayev Qərbi azərbaycanlıdır. Ermənistan Respublikasının Kalinino rayonunda doğulub. Bakının Nizami rayonunda yaşayırdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO