Əli Həsənovun oğlu ilə bağlı məhkəmədə vəsatət qaldırıldı

Əli Həsənovun oğlu ilə bağlı məhkəmədə vəsatət qaldırıldı

Hazırda oxunan: Əli Həsənovun oğlu ilə bağlı məhkəmədə vəsatət qaldırıldı

48469

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış işçilərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bizim.Media xəbər verir ki, prosesdə şahidlərin dindirilməsi mərhələsinin başa çatdığı elan edilib. Bildirilib ki, ümumilikdə 5 şahid dinlənilib, birinin isə ifadəsi elan olunub.

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun tikdirdiyi binanın damı uçdu - VİDEO


Şahidlərdən Kəmaləddin Abdullayev deyib ki, V.Səfərlini və digər təqsirləndirilən şəxslərdən bir neçəsini tanıyır:


“Portos” MMC-də baş mühasib işləmişəm, pul köçürmələrini həyata keçirmişəm. Bir dəfə köçürülən 600 min manat pulu təsisçinin nümayəndəsi Şamxal Həsənliyə vermişəm. Bir dəfə isə Gülər Vəliyevaya 580 min manat pul verdim”.

Elan edilib ki, “Portos” MMC ləğv edilmiş KİVDF tərəfindən jurnalistlər üçün tikilən iki binanın inşasını reallaşdırıb.

Daha sonra jurnalistlər üçün tikilən binalarının tikintisi ilə bağlı ekspertiza rəyi elan olunub. Məhkəmədə Əli Həsənovun oğlu Şamxal Həsənli və baldızı Gülər Vəliyevanın məhkəməyə şahid kimi dəvət olunması ilə bağlı vəsatət qaldırılıb.

Vəsatət təmin edilməyib. Bildirilib ki, məhkəmə istintaqı yekunlaşıb.

Proses dekabrın 2-də hakim Azər Paşayevin sədrliyi ilə davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO