Dövlət İmtahan Mərkəzi dekabrın 26-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün sınaq imtahanı keçiriləcək.
Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq.
Sınaq imtahanının məqsədi qapalı və açıq formalı test tapşırıqları vasitəsilə bakalavrların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, informatika və xarici dil üzrə bilik və bacarıqlarını, oxuyub-anlama və dinləyib-anlama vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.
İmtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər 16 dekabr saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
İmtahanda iştirak etmək istəyən bakalavrlar DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 50 (əlli) AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat epayment.dim.gov.az səhifəsində verilib).
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:41 / 30.11.2021
Magistraturaya hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək
Hazırda oxunan: Magistraturaya hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək
Hazırda oxunan: Magistraturaya hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək
48375
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.