Bakıda avtobusa minənlərin 38 %-i ayda 500 manatdan çox qazanmır – SORĞU

Bakıda avtobusa minənlərin 38 %-i ayda 500 manatdan çox qazanmır – SORĞU

Hazırda oxunan: Bakıda avtobusa minənlərin 38 %-i ayda 500 manatdan çox qazanmır – SORĞU

48370

Sosial Tədqiqatlar Mərkəzi (STM) Bakıda nəqliyyatdan istifadə ilə bağlı vətəndaş rəyini öyrənib.

Bizim.Media quruma istinadən xəbər verir ki, bu məqsədlə əhali arasında telefon sorğusu keçirib.

Sorğuda 1 254 respondent iştirak edib. Əminlik intervalı 95%, statistik xəta əmsalı isə 2,8% təşkil edib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda 3 avtobus sürücüsü saxlanıldı - Narkotikin təsiri altında olublar


Sorğuda iştirak edənlərin 793 nəfəri avtobusdan, 461-i nəfəri isə müntəzəm olaraq şəxsi minik avtomobilindən istifadə edir.

Avtobus istifadəçilərinin 26,7%-i Bakı Nəqliyyat Agentliyinə məxsus "BakuBus" MMC, 73,3%-i isə digər şirkətlərin idarə etdiyi avtobuslardan istifadə edir. Avtobus istifadəçilərinin mütləq əksəriyyəti (97%-i) getdikləri ünvana çatmaq üçün 1 və yaxud 2 avtobusa minir.

Avtobusdan intensiv qaydada istifadə edən 793 respondentin 50,6%-i avtobusdan hər gün, 49,4% isə həftədə bir neçə dəfə istifadə edir. Onların arasında müxtəlif tezliklərlə sifarişlə taksidən istifadə edənlərin çəkisi 73,2% təşkil edib.

Müntəzəm olaraq şəxsi avtomobil sürən 461 respondentin təxminən 5,2%-i və 7,4%-i müvafiq olaraq həftədə bir neçə gün avtobusdan və sifarişlə taksidən istifadə edir.

Avtobus istifadəçilərinin əsas hissəsi aylıq gəlir səviyyəsi 251-500 manat aralığında olanlardır (37,5%). Əsasən bu nəqliyyat vasitəsindən istifadə edənlərin 48,2%-i işləyir, 27,7%-i iş axtarmır, 6,8%-i isə tələbədir. Avtobusdan istifadə edənlərin 70,9%-i isə qadınlardır.
 

18-25 yaş aralığında olanların 39,7%-i, aylıq gəlir səviyyəsi 251-500 manat aralığında olanların isə 44,2%-i avtobusdan hər gün istifadə edir. Aylıq gəlir səviyyəsi 1 000 manatdan yuxarı olanların isə hər on nəfərindən biri (9,7%) bu tezlikdə avtobusu seçir.


Heç bir halda avtobusdan istifadə etmədiyini deyən 375 respondentin üçdə bir hissəsi (31,5%) aylıq gəlir səviyyəsi 1 000 manatdan yuxarı olanlardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO