Bakı polisi yoxlamaları davam etdirir - MASKA TAXIN!

Bakı polisi yoxlamaları davam etdirir - MASKA TAXIN!

Hazırda oxunan: Bakı polisi yoxlamaları davam etdirir - MASKA TAXIN!

48281

Paytaxtda polis, mülki geyimdə avtobuslarda və metroda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirir.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunmaqla barələrində inzibati tənbeh tədbirləri tətbiq olunur.

Tədbirlər davam etdirilir. Vətəndaşları qayda və tələblərə əməl etməyə çağırırıq", - nazirlik rəsmisi əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO