Bu gün Zəfər paradında Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən tenxikalarının nömrələrdən hazırlanmış lövhə nümayiş olunub.
Bizim.Media-nın məlumatına görə, həmin lövhə üzərində böyük hərflərlə “QARABAĞ AZƏRBAYCANDIR!” sözləri yazılıb.
Xatırladaq ki, 90-cı illərin əvvəllərində Kəlbəcərdə mülki əhalinin qoyub gəldiyi avtomobillərin üzərindən açılmış nömrələrlə ermənilər divar hörmüşdü.
Bizim.Media