“Dünyanın inkişaf etmiş ölkələri sərt qapanmaya gedir, Azərbaycanda da...” – Deputatdan AÇIQLAMA

“Dünyanın inkişaf etmiş ölkələri sərt qapanmaya gedir, Azərbaycanda da...” – Deputatdan AÇIQLAMA

Hazırda oxunan: “Dünyanın inkişaf etmiş ölkələri sərt qapanmaya gedir, Azərbaycanda da...” – Deputatdan AÇIQLAMA

48246

Koronavirusun daha təhlükəli və vahiməli variantı “Omikron” ortaya çıxıb. Artıq dünyanın xeyli ölkəsində tüğyan edən bu variant ekspertlərə görə, Çinin Uhan şəhərində ortaya çıxan və pandemiyaya səbəb olan variantdan köklü şəkildə fərqlənir.

İlkin əlamətləri güclü yorğunluq, sürətli ürək döyüntüsü, və yüksək hərarətlə seçilən koronavirusun bu variantına digərləri ilə müqayisədə təkrar yoluxma ehtimalı daha böyükdür. Yeni ştamm özündə 32 mutasıyanı birləşdirir və bu səbəbdən təhlükəli sayılır.

Mütəxəssislərin fikrincə, yoluxuculuq və öldürücülük qabiliyyəti yüksək olan “Omikron”a hazırda yaradılmış vaksinlər belə kifayət qədər təsirli deyil. 
 

MÖVZU İLƏ BAĞLI:

“Görüşlərdə Rusiyanın vasitəçiliyi Azərbaycanın maraqları çərçivəsindədir” – Məlahət İbrahimqızı


Artıq xeyli sayda ölkələrdə mutasiyaya uğramış bu növə qarşı qabaqlayıcı və sərt karantin tədbirlərinə başlanıb. Hətta Avropada qapanma qərarı verən ölkələr də var. 

Bizim.Media-ya bu barədə danışan Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı deyib ki, virusun hansı ştammından asılı olmayaraq Azərbaycanda bu yöndə mübarizə yüksək səviyyədə aparılır:

“Dünya ölkələri ilə yanaşı Azərbaycan da koronavirusun müxtəlif dalğaları ilə üzləşib. Reallıq və beynəlxalq monitorinqlərin nəticəsinə görə sonuncu “Delta” ştammına qarşı ən uğurlu mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Bu ştammla əlaqədar ölkəmizdə daha az zərər, yoluxma və itki oldu. Bır sıra ölkələrdə əhalinin 1 faizinin vaksin olunmadığı halda, Azərbaycan əhalisinin 50 faizi birinci, ikinci və üçüncü doz vaksinə cəlb olunub. Bu gün də o iş davam edir”.

Deputat yeni ştammın təhlükəsi fonunda Azərbaycanda qapanmaya ehtiyac olmadığını vurğulayıb:

“Əlbəttə ki, bu məsələdə vətəndaşlarımızın məsuliyyəti daha ciddidir. Yeganə çıxış yolu karantin davranışlarına əməl etmək və peyvəndlənmədən keçir. Koronavirus dünyada yeni-yeni variantlar ortaya çıxarır. “Omikron”nun öldürücü təsiri daha çoxdur və peyvənd olunmuş, immunitet yaratmış insanlara duruş gətirə biləcəyi məlum deyil. Ona görə də vətəndaşlar o qızıl qaydalara ciddi əməl etməlidirlər.

Dünyanın ən inkişaf etmiş ölkələri bu gün sərt qapanmalara gedir. Çünki koronavirusla bağlı sınanmış dünya təcrübəsi yoxdur. Sadəcə 2 ilə yaxındır ki, biz bu bəla ilə üz-üzə qalmışıq deyə müəyyən praktika tətbiq edilir. Bu məsələdə ciddi vətəndaş məsuliyyəti şərtdir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO