Bu il müəlliflik hüququ pozulan 7 nəfər agentliyə müraciət edib - RƏSMİ

Bu il müəlliflik hüququ pozulan 7 nəfər agentliyə müraciət edib - RƏSMİ

Hazırda oxunan: Bu il müəlliflik hüququ pozulan 7 nəfər agentliyə müraciət edib - RƏSMİ

0:00
0:00
48177

Bu il ərzində pozulan müəlliflik hüquqlarının bərpası ilə bağlı Əqli Mülkiyyət Agentliyinə daxil olan müraciətlərin sayı açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Agentlik yayıb.

Mənbə bildirib ki, 2021-ci ildə bununla bağlı fiziki və hüquqi şəxslər tərəfindən quruma yeddi müraciət daxil olub.

Şikayətlər əsasən elmi və ədəbi əsərlər və musiqi sahəsini əhatə edir.

"Müraciətlərlə bağlı agentlik tərəfindən öz səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirlər həyata keçirilib, müvafiq araşdırmalar aparılıb, təqdim edilən sənəd və materiallar təhlil edilib, müqayisə aparılıb və zəruri hallarda digər aidiyyəti qurumlara sorğular göndərilib. Daxil olmuş müraciətlərin əksəriyyəti müsbət həll edilib", - agentlikdən qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO