AQTA-dan qanunsuz heyvan kəsimi ilə bağlı REYD - FOTO

AQTA-dan qanunsuz heyvan kəsimi ilə bağlı REYD - FOTO

Hazırda oxunan: AQTA-dan qanunsuz heyvan kəsimi ilə bağlı REYD - FOTO

48138

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Daxili İşlər Nazirliyi və yerli icra orqanlarının əməkdaşları ilə birgə Tovuz rayonu, Qovlar qəsəbəsi ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində reyd keçirib.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, reyd zamanı sanitar norma və qaydalara uyğun olmayan şəraitdə, baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan həyata keçirilən heyvan kəsimi və ət satışı məntəqələri aşkar olunub.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Həmçinin heyvan kəsiminin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması, mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirilməsi ilə bağlı göstərişlər verilib, qeyd olunan məntəqələrin fəaliyyəti nəzarətə götürülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

Bizim.Media




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO