“Azneft meydanına qədər hər kəs paradı izləyə biləcək”.
Bizim.Media xəbər verir ki, bunu sabahkı Zəfər paradının ssenari müəllifi və aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani deyib.
O, qeyd edib ki, rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri meydanın mərkəzindəki sektorlarda olacaqlar:
“Bu baxımdan hər cəhətdən ehtiyatlı olmaq lazımdır. Biz erməni kimi virusa qalib gəlmişiksə, koronavirusa da birlikdə qalib gələcəyik. Amma “Azneft” meydanına qədər hər kəs paradı izləyə biləcək. Doğrudur, bu sevinci hamı yaşamaq istəyir, amma yaxşı olar ki, pandemiya ilə əlaqədar vətəndaşlarımız paradı televiziyadan izləsinlər. Sabah çox möhtəşəm gün olacaq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:24 / 09.12.2020
Paradı Azneft meydanına qədər izləmək olacaq - Açıqlama
Hazırda oxunan: Paradı Azneft meydanına qədər izləmək olacaq - Açıqlama
Hazırda oxunan: Paradı Azneft meydanına qədər izləmək olacaq - Açıqlama
4800
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.