DİN bloqerləri mükafatlandırdı - FOTO

DİN bloqerləri mükafatlandırdı - FOTO

Hazırda oxunan: DİN bloqerləri mükafatlandırdı - FOTO

47981

Daxili İşlər Nazirliyi (DİN) anti-narkotik təbliğatının gücləndirilməsi məqsədilə bloqerlər arasında müsabiqənin nəticələrini elan edib.

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, 22 bloqer tərəfindən təqdim olunan materiallara münsiflər heyəti tərəfindən baxış keçirilib, onlardan yeddisi seçilərək oktyabrın 15-də müsabiqəyə yekun vurulub.

Noyabrın 27-də Daxili İşlər Nazirliyində müsabiqə qaliblərinin mükafatlandırılması tədbiri keçirilib. 

Qalib gələn iştirakçılara mükafatlar təqdim edilib. Belə ki, münsiflər heyətinin rəyinə, o cümlədən paylaşılan həmin materialların sosial şəbəkələrdəki baxış sayına və mövzunu tam əhatə etməsinə görə rep nominasiyası üzrə Elvin Nəsirovun hazırladığı material 1-ci, Rəsul Abbasovun hazırladığı material isə 2-ci yerə layiq görülüb. 

Video nominasiyası üzrə 1-ci yerə Hüseyn Baxışovun, 2-ci yerə Elvin İbrahimzadənin, 3-cü yerlərə isə Munis Əhmədovun, Rumiyə Ağayevanın və Şahid İsmayılovun hazırladıqları videomateriallar layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO