Kliniki ölüm keçirən əməkdar artist sağaldı - FOTO

Kliniki ölüm keçirən əməkdar artist sağaldı - FOTO

Hazırda oxunan: Kliniki ölüm keçirən əməkdar artist sağaldı - FOTO

47930

Avtomobil qəzası nəticəsində Kliniki Tibbi Mərkəzə (KTM) ağır vəziyyətdə gətirilən, əməliyyat zamanı bir neçə dəfə kliniki ölüm keçirən əməkdar artist Elizbar Osmanov sağalıb.

Bizim.Media xəbər verir ki, bu barədə KTM-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 26-da xəstəxanaya gətirilərkən kəllə-beyin travması almaqla yanaşı, ağciyəri, qaraciyəri və digər orqanları da ciddi zədə görmüş əməkdar artist təcili olaraq əməliyyata alınıb:
 

"E.Osmanovun vəziyyəti ağır olsa da, həkimlər onun həyatını xilas edə biliblər və bu gün o tam sağalaraq, evə buraxılıb".


Xatırladaq ki, əməkdar artist Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verən qəza nəticəsində ağır xəsarətlər almışdı.

Qeyd edək ki, Elizbar Osmanova Prezidentin sərəncamı ilə 16 oktyabr 2021-ci ildə "Əməkdar artist” fəxri adı verilib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO