Əməkdar artist, məşhur gitara ifaçısı Rəmiş ( Rafiq Hüseynov) dünən axşam saatlarında ölümün bir addımlığından dönüb. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, xoşagəlməz olay “Vosmoy”dakı restoranların birində baş verib. Belə ki, polis generallarından birinin təşkil etdiyi ziyafətdə qonaq qismində iştirak edən tanınmış gitara ifaçısının səhhəti qəfildən kəskin surətdə pisləşib. Gözlənilmədən boğulmağa başlayan gitara ustası vəziyyətinin kritikliyini diqqətə çatdırmaq üçün qışqıraraq ətrafdakıları köməyə çağırıb. Məclis iştirakçılarının müdaxiləsindən və göstərilən ilkin yardımdan sonra sevimli sənətkarın durumu yaxşılaşıb. Məclis iştirakçılarına qorxulu anlar yaşadan gitara ifaçısı baş verən məlum olaydan sonra ziyafəti tərk edib.

- A-
- A
- A+
Cəmiyyət
15:01 / 11.06.2014
Əməkdar artist ölümün bir addımlığından döndü
Hazırda oxunan: Əməkdar artist ölümün bir addımlığından döndü
Hazırda oxunan: Əməkdar artist ölümün bir addımlığından döndü
47793
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































