Şükür Həmidov \

Şükür Həmidov \"Zəfər\" ordeni ilə təltif edildi

Hazırda oxunan: Şükür Həmidov \"Zəfər\" ordeni ilə təltif edildi

4778

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, təltif olunan hərbi qulluqçular arasında şəhid Milli Qəhrəman Şükür Həmidov da var.

Sərəncama əsasən, Həmidov Şükür Nəriman oğlu – polkovnik (ölümündən sonra) “Zəfər” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Şükür Həmidov Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Milli Qəhrəmanın adı doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda əbədiləşdiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO