Məktəblilərin narkotikdən istifadəsinin başlıca səbəbi sosial şəbəkələrdir – DİN

Məktəblilərin narkotikdən istifadəsinin başlıca səbəbi sosial şəbəkələrdir – DİN

Hazırda oxunan: Məktəblilərin narkotikdən istifadəsinin başlıca səbəbi sosial şəbəkələrdir – DİN

47670

"Son zamanlar sosial şəbəkələr üzərindən narkotik vasitələrin satışı hallarına rast gəlinir".

Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş polis idarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova jurnalistlərə açıqlamasında deyib.

DİN rəsmisi Azərbaycanda narkomaniyaya cəlb olunan və buna təhrik edilən azyaşlıların sayı ilə bağlı rəqəmlərin çox da qorxulu olmadığını vurğulayıb:

“Çünki ölkədə uşaqların gələcəyini qorumaq üçün ciddi səylə çalışılır. Məktəblilərin daha çox kimlər tərəfindən zərərli vərdişlərə təhrik olunması məsələsinə gəldikdə burada bir çox amillər var. Başlıca səbəblərdən biri sosial şəbəkələrdir. İşbazların azyaşlıları bu işə sövq etməsi daxili işlər orqanlarını narahat edir. Aidiyyəti dövlət orqanları bununla bağlı ciddi mübarizə aparır".

K.Ələkbərova məktəblilərin zərərli vərdişlərdən istifadəsinin daha çox 14 yaşdan başlayaraq müşahidə olunduğunu diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO