Tovuzda noyabr ayının 20-dən itkin düşən kişinin meyiti tapılıb.
Bizim.Media-nın Qərb bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, rayonun Əsrik dərəsi adlandırılan ərazisində çayın içində tapılan kişi meyitinin Əyyublu kənd sakini, 67 yaşlı Zahid Qasımova aid olduğu müəyyən edilib.
Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyinin Tovuz Rayon şöbəsinə təhvil verilib.
Hazırda rayon Prokurorluğunda Zahid Qasımovun hansı şəraitdə öldüyünü müəyyənləşdirmək üçün araşdırma aparılır.
Qeyd edək ki, Zahid Qasımov istirahət zonalarında aşıq kimi fəaliyyət göstərib. Sonuncu dəfə o noyabr ayının 20-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
Cümşüd Məmmədov, Bizim.Media