Suriyada düşərgədə saxlanılan 12 azərbaycanlı ölkəmizə gətirildi

Suriyada düşərgədə saxlanılan 12 azərbaycanlı ölkəmizə gətirildi

Hazırda oxunan: Suriyada düşərgədə saxlanılan 12 azərbaycanlı ölkəmizə gətirildi

0:00
0:00
47553

Bu gün Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan vətəndaşı olan 12 nəfərin repatriasiyası həyata keçirilib.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və əlaqələndirilmiş tədbirlər nəticəsində baş tutub.

Öncə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşlarımızın yeri, şəxsiyyəti müəyyən edilib, daha sonra onların Türkiyə ərazisinə keçidi təmin olunub.
 

Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri ilə təmin edilib və bu gün Ankara-Bakı reysi ilə Azərbaycana gətiriliblər.


Azərbaycan hökuməti tərəfindən sözügedən şəxslərin reabilitasiyası və reinteqrasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO