2022-ci ilin ƏN XOŞBƏXT BÜRCÜ hansı olacaq? - ARDICILLIQ

2022-ci ilin ƏN XOŞBƏXT BÜRCÜ hansı olacaq? - ARDICILLIQ

Hazırda oxunan: 2022-ci ilin ƏN XOŞBƏXT BÜRCÜ hansı olacaq? - ARDICILLIQ

47517

Əslində hər bir insan özü öz həyatının olduğu kimi, sədətinin də memarıdır. Xoşbəxtlik şərait yox, insanın ruh halıdır. Amma bəzən şərait bəzilərinin aurasına təsir edə bilir. Bu, bürclərə görə də dəyişir.

Bizim.Media istənilən vəziyyətdə xöşbəxt olmağı bacaran bürclərin siyahısını hazırlayıb.

Reytinqin sonuncusundan birincisinə kimi olan bürcləri təqdim edirik:

12 – Əqrəb

Çətin xarakterləri var. Özünü fikirdən öldürmə, həyatını çürütmə kimi sönməyən alov sahibidirlər. Ona görə də demək olar ki, heç vaxt xöşbəxt olmurlar. Çoxları belə düşünür. Amma əslində əqrəblərin özləri xöşbəxtlikdən qaçırlar.

Xoşbəxt əqrəb zərif və həssas məxluqdur. Bu isə o deməkdir ki, onların xöşbəxt olması qəlizdir. Paradoks yaranır. Heç kimin onlara yazığı gəlməsin, çünki xöşbəxt olmaqları öz əllərindədir.

11 – Qız

Bu bürcdən olanlar da xöşbəxtliyə tam yetmirlər. İşdə də saxtakarlıq sindromları var.

Uğursuzluqlarını lupa ilə də axtarırmışlar kimi davranırlar. Şənlikdə qisas ovqatına girirlər. Şəxsi həyatda isə... Odur ki, ən xöşbəxt bürc namizədliyinə qızlar yaramır. 

10 – Oxatan

Bu bürcdən olanlar həyatı mübarizə kimi görür. Amma optimizmləri elə də yoxdur. Maraqlısı da budur ki, oxatanların özləri bu xüsusiyyətlərindən xəbərdardırlar. Amma bununla belə, ömür boyu bu mənfi cəhətlərini düzəltmədən əsl xöşbəxtlik axtarışında olurlar. Belə baxanda oxatanlar ən xöşbəxt bürclərdir, amma bir ömür səadət dalınca qaçmaq xöşbəxtlik deyil.

9 – Buğa

İdeal xöşbəxtlik üçün buğalara hər zaman “bir az” nəsə çatışmır. Ya pul, ya vaxt, ya sərbəstlik, ya da rahatlıq. Həm də onlar düşünür ki, çox səadətə ehtiyacları yoxdur. Onlar xöşbəxt olsalar belə, bunu danmağa da qadirdirlər. Çünki realistdirlər və daxili məsudluq deyə duyğuya elə də inanmırlar. 

8 – Tərəzi

Onlar xöşbəxt ola bilməsələr də, insanlarda xoş təəssürat yaratmağı bacarırlar. Digər bürclər bədbəxtlikləri barədə zarıya bilsələr də, tərəzilər bunu etmirlər və ona görə də təskinlik almağa kimsələri tapılmır. Rahat xasiyyətləri var və onları hamı sevir. Onda xöşbəxt olmaqlarına nə mane olur? O mane olur ki, tərəzilər bir az qərarsızdırlar.

7 – Balıqlar

İstər-istəməz hamı balıqları xöşbəxt olmayanlar siyahısına qatır. Onların qəlbi elə qurulub ki, duyğusal olaraq dünyanın haqsızlıqlarını, ideal olmamasını qəbul etmirlər. Bəzən balıqların səadəti elə onların dərd çəkməyindədir.

6 – Oğlaq

Bu bürclərin çoxu məsud yaşamaq naminə minbir əziyyətə qatlaşır. İşləməkdən həzz alır, xöşbəxt olurlar. Onlar stabil qalmağı sevdiklərindən növbəti illərdə də reytinqəki mərkəzi yerlərini dəyişməyəcəklər. 

5 – Qoç

Liderlərin beşliyini açan qoç yeganə bürcdür ki, onların həyat formulu belədir: “Xöşbəxt olmaq istəyirsən – ol”. Astroloqların fikrincə, qoçlar 2022-nin ən xöşbəxt bürcü olacaq.

4 – Xərçəng

Bu bürc ətrafda baş verənlərə rəğmən xöşbəxt olmağı bacarırlar. Sanki onlar öz daxilində səadəti cücərdə bilirlər. 

3 – Şir

Liderlərin üçlüyünü şir başladır. Elə bil onların şüuraltı yaddaşına həkk olub ki, “siz xöşbəxt olmalısınız”. Xöşbəxt olmaq üçün doğulduqlarına inanmaqları onlara bu istiqamətdə yardımçı olur. 

2 – Dolça

Digər bürclərə səadət üçün nəsə çatışmırsa, dolçaların hər zaman hər şeyi yerindədir. Daha doğrusu, onlar “nəsə çatışmır” kimi mənfi emosiya ilə özlərini yükləmirlər. Yəni, hər şeydən razıdırlar.

1 – Əkizlər

Bu ilin ən xöşbəxt bürcü isə əkizlərdir. Sıxıntıları olsa belə xöşbəxtdirlər. Əkizlərin səadət sirr isə ancaq özlərinə məxsusdur.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO