Moderator.az-ın məlumatına görə bu barədə o, öz Facebook səhifəsində yazıb. Hazırda Amerikada olan Turxan Qarışqanın Facebook statusunu olduğu kimi təqdim edirik:
"2 həftəyə yaxındır Amerikadayam. Bakıdakı probka, insanların kobud rəftarı üçün burnumun ucu göynəyir. Yaxınlıqda zooparkda var, Gedim bir az zooparkda gəzim. Bundan sonra özümə gələ bilərəm".
Qeyd edək ki, T.Qarışqanın bu statusu bir çox Facebook istifadəçinin ciddi narazılığına səbəb olub və onlar öz qəzəblərini paylaşdıqları şərhlərdə açıq şəkildə ortaya qoyublar.


































































































