Şamaxı Polis Şöbəsinin sabiq rəis müavininə 7 il həbs cəzası verildi

Şamaxı Polis Şöbəsinin sabiq rəis müavininə 7 il həbs cəzası verildi

Hazırda oxunan: Şamaxı Polis Şöbəsinin sabiq rəis müavininə 7 il həbs cəzası verildi

47305

Dələduzluqda təqsirləndirilən Şamaxı rayon Polis Şöbəsinin keçmiş rəis müavini Hüseyn Muradxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, H. Muradxanov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, polis polkovniki Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinir.

İttihama görə, H. Muradxanov evli olduğu halda özünü subay kimi təqdim edərək həyat yoldaşının razılığı olmadan özünə məxsus olan əmlakı satıb. Belə ki, H.Muradxanovun şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi göstərilib. Buna görə də birgə nikah dövründə alınan daşınmaz əmlakın satışını təkbaşına həyata keçirib. Şəxsiyyət vəsiqəsində subay göstərildiyi üçün notariusda onun evli olub-olmadığı araşdırılmayıb.
 

2016-cı ildə H.Muradxanov həyat yoldaşı M. Muradxanovadan boşanıb. Sonuncu məhkəməyə müraciət edərək, əmlakın satışından xəbəri olmadığını, buna görə alqı-satqının etibarsız hesab olunmasını istəyib. Məhkəmə iddianı təmin edib və alqı-satqı müqaviləsi etibarsız hesab edilib.


Bundan sonra obyekti alan qadın D. V. polis polkovnikindən şikayətçi olub. O, iddia edib ki, sabiq rəis müavini onu aldadıb 180 min manatını ələ keçirib. Şikayət əsasında H.Muradxanova cinayət işi açılıb.

H. Muradxanov uzun illər Şamaxı Polis Şöbəsində rəis müavini olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO