Rusiya tərəfindən bəzi Azərbaycan məhsullarının idxalına qoyulan qadağa, iqtisadiyyatımız üçün kifayət qədər arzuolunmazdır.
Millət vəkili Vüqar Bayramov Bizim.Media-ya problemlə bağlı danışarkən belə deyib. O, bildirdi ki, Azəbaycan üçün kənd təsərrüfatı məhsullarının ixracı həm qeyri-neft sektorunun inkişafı, həm də valyuta baxımından vacibdir:
“Azərbaycan qeyri-neft sektorunda ən çox ixrac etdiyi məhsullardan biri pomidordur. Pomidoru isə daha çox Rusiya bazarlarına ixrac edirik. O baxımdan Rusiya tərəfindən idxalın dayandırılması məsələsinin Azərbaycan tərəfi ilə birgə araşdırılması vacibdir. Hər halda yayılan bəyənatdan da görünür ki, bu məsələ iki ölkə arasında araşdırılacaq. Qeyri-neft sektorunda əhəmiyyətli paya sahib olan pomidor və almanın Rusiya bazarına ixracının dayandırılması Azərbaycan iqtisadiyyatı üçün arzuolunan deyil. Çünki nəticədə fermer təsərrüfatlarının ən çox gəlir və valyuta əldə etdiyi ixrac məhsuları bu məhsullardır”
Vüqar Bayramovun sözlərinə görə, Rusiya bazarı Azərbaycan üçün önəmli ixrac nöqtəsidir:
“Azərbaycanın aqrar məhsullarının 80%-dən çoxu Rusiya bazarlarına ixrac olunur. Fermer təsərrüfatlarının gəlirliliyi nəzərə alınmalıdır. Bundan əlavə növbəti partiya məhsullar da Rusiya bazarlarına ixrac olunmalıdır. Buna görə də ölkəmizin Rusiyaya pomidor və alma ixracının təcili bərpası məsələsi üzərində işlənməlidir, danışıqlar intensivləşdirilməlidir”
Xatırladaq ki, Rusiya Azərbaycandan pomidor və alma idxalına 10 dekabr 2020-ci il tarixdən etibarən müvəqqəti məhdudiyyətlər qoyulmasına qərar verib.
“Rosselxoznadzor” tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə bu barədə xəbərdarlıq edilib. Səbəb kimi Azərbaycan məhsullarında şərq güvəsinin (Grapholita molesta (Busck) aşakarlandığı göstərilib.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:35 / 09.12.2020
Vüqar Bayramov: “Rusiyaya pomidor və alma ixracını təcili bərpa etmək lazımdır”
Hazırda oxunan: Vüqar Bayramov: “Rusiyaya pomidor və alma ixracını təcili bərpa etmək lazımdır”
Hazırda oxunan: Vüqar Bayramov: “Rusiyaya pomidor və alma ixracını təcili bərpa etmək lazımdır”
4716
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.