7 şəhiddən birinin ATASI – “Dedi, ata, səninlə hələ danışacağam...”

7 şəhiddən birinin ATASI – “Dedi, ata, səninlə hələ danışacağam...”

Hazırda oxunan: 7 şəhiddən birinin ATASI – “Dedi, ata, səninlə hələ danışacağam...”

47121

“Son döyüşü Laçında oldu. Yoldaşları ilə birgə düşmənin 4-5 postunu ələ keçirmişdilər. Noyabrın 16-sı bir neçə dəfə telefonuna yığdım, zəng çatmadı. Gecə saat 2-də şəhid xəbərini eşitdik”. 

Bunu Bizim.Media-ya noyabrın 16-da Ermənistanın dövlət sərhədində növbəti təxribatının qarşısının alınması və döyüş əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalan Ümid Niftəliyevin atası Oruc Niftəliyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid Ümid Niftəliyevin nəşi Naxçıvana yola salındı - VİDEO


Onun sözlərinə görə oğlunun şücaətliyi və qəhrəmanlıq tarixi ilə hər zaman qürurlanacaq:

“Vətən sağ olsun. Digər oğlum da 5 aydır hərbi xidmətdədir. Onların qürurlu yolu ata kimi məni çox qürurlandırır. Şəhid olmamışdan bir gün əvvəl danışdıq. Hava soyuq və dumanlı idi. Dedi yüksək təpədə ermənilərlə üz-üzəyik, onların bir neçə postunu almışıq, əsir götürmüşük, növbəti postlarına doğru irəliləyirik. Səsi zəif  gəlirdi və tez-tez əlaqə qırılırdı. Cəmi 5-6 dəqiqə danışa bildik və oğlum “ata səninlə hələ danışacağam” deyib sağollaşdı. Sonradan telefonuna zəng çatmadı”. 

Ümid Niftəliyev 1998-ci il oktyabrında Naxçıvanın Nehrəm qəsəbsində dünyaya göz açıb. 

2016-cı ildə Naxçıvanda Heydər Əliyev adına hərbi liseyini bitirib. Təhsilini bitirməmiş 44 günlük Vətən müharibəsinə yollanıb. Füzuli, Laçın və Kəlbəcər döyüşlərində qəhrəmanlıq göstərib. Savaş bitəndən sonra yarımçıq qalmış təhsilini sona yetirib. Oranı bitirəndən sonra yenidən cəbhə bölgəsinə üz tutub. 
 

Vətən müharibəsində göstərdiyi şücaətə görə Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunan şəhid leytenant Ümid Niftəliyevin cənazəsi noyabrın 18-də muxtar respublikaya gətirilib.


Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olub və cənazəsi doğulduğu Nehrəm qəsəbəsinə yola salınıb.

Alçina Amilqızı, Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO