Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinə məxsus “Yeni Binə” qazpaylayıcı şəbəkəsində aparılacaq təmirlə əlaqədar bu gün saat 09:00-dan etibarən işlər başa çatana qədər Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun - Binə və Qala qəsəbələrinin təbii qazla təchizatı dayandırılıb.
Bu barədə Bizim.Media-ya SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, həmçinin Qusar rayonunun qaz təchizatının yaxşılaşdırılması üçün “Təmiz Qaz” QSC-nin apardığı texniki baxış nəticəsində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması səbəbindən saat 09:00-dan işlər başa çatana qədər “Qusar” qazpaylacıyı şəbəkəsi ilə təchizat dayandırılıb.
Qusar şəhərinin və rayonun 16 kəndinin qaz təchizatında fasilə yaranacaq.
“Azəriqaz” müvəqqəti narahatçılığa görə abunəçilərdən üzr istəyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:40 / 22.11.2021
Bakı və Qusarın bəzi ərazilərində qaz kəsildi
Hazırda oxunan: Bakı və Qusarın bəzi ərazilərində qaz kəsildi
Hazırda oxunan: Bakı və Qusarın bəzi ərazilərində qaz kəsildi
47072
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.