Keçmiş məhkumda qanunsuz silah aşkarlandı

Keçmiş məhkumda qanunsuz silah aşkarlandı

Hazırda oxunan: Keçmiş məhkumda qanunsuz silah aşkarlandı

47057

Hacıqabulda qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı gödəkçəsinin altında gizlətdiyi lüləsi və qundağı kəsilmiş odlu silah aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO