İşğaldan azad edilmiş ərazilərdə daxili işlər orqanları əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri ilə rayonun Böyük Tağlar kəndi ərazisindəki stasionar postda “Mercedes” markalı avtomobil saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Daxili İşlər Nazirliyi mətbuat xidməti yayıb.
Mənbə yazır ki, yoxlamalar zamanı avtomobilin sürücüsü Ağdaş rayon sakini Dilən Kazımovun işğaldan azad edilmiş ərazilərdə işləməsi üçün müvafiq icazəsi olsa da, avtomobildə olan digər şəxs Bərdə rayon sakini Bəhruz Əliyevin isə müvafiq icazəsinin olmadığı müəyyən edilib.
Avtomobilə müəyyən edilmiş qaydada baxış keçirilib, bu zaman avtomobilin yük yerindən, mühərrik hissəsindən və salonundan 80 kiloqrama yaxın müxtəlif metal məmulatları aşkar olunub.
Bizim.Media
![İşğaldan azad edilən əraziyə qanunsuz gedən şəxs tutuldu İşğaldan azad edilən əraziyə qanunsuz gedən şəxs tutuldu](https://bizim.media/file/articles/2021/11/21/1637490391_1-3.jpg)
- A-
- A
- A+
Cəmiyyət
14:23 / 21.11.2021
İşğaldan azad edilən əraziyə qanunsuz gedən şəxs tutuldu
Hazırda oxunan: İşğaldan azad edilən əraziyə qanunsuz gedən şəxs tutuldu
Hazırda oxunan: İşğaldan azad edilən əraziyə qanunsuz gedən şəxs tutuldu
46996
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.